İvan Kordoba: “İnter” “Qarabağ”a qalib gəlməklə, günahını yuya bilər
30.09.2014 - 17:37
İvan Kordoba: “İnter” “Qarabağ”a qalib gəlməklə, günahını yuya bilər

"Kalyari" ilə oyundakı hesab faciə idi”. Apasport.az xəbər verir ki, bu sözləri "İnter" klubunun sabiq futbolçusu İvan Kordoba deyib.

 

Avropa Liqasının qrup mərhələsində oktyabrın 2-də "Qarabağ"la qarşılaşacaq İtaliya təmsilçisinin sabiq müdafiəçisi futbolçuların bu görüşdə qalib gəlməli olduqlarını bildirib. O, qeyd edib ki, “İnter” Avroliqada qalib gəlməklə A Seriyasının son turunda “Kalyari”yə 1:4 hesablı məğlubiyyətin əvəzini çıxa bilər: “Heç nəyi faciəyə çevirmək lazım deyil. “Kalyari” ilə oyundakı biabırçı hesablı məğlubiyyət geridə qaldı. Artıq “Qarabağ”la görüşü düşünmək lazımdır. “İnter” Avroliqa oyununda qələbə qazanmaqla günahlarını yuya bilərlər. Hər şeyi unudub “Qarabağ”a qarşı möhtəşəm oyun göstərmək və layiqli qələbə qazanmaq lazımdır”.

0