İtaliya - Azərbaycan oyununun biletləri satışda
30.09.2014 - 18:45
İtaliya - Azərbaycan oyununun biletləri satışda

AVRO-2016-nın seçmə mərhələsində İtaliya - Azərbaycan matçının biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da baş tutacaq qarşılaşma üçün artıq biletlərin qiyməti də bəlli olub.

 

Azarkeşlər millimizin oyununu izləmək üçün ən ucuz bileti 10, ən bahalının isə 50 avroya ala biləcək.

 

Qeyd edək ki, İtaliya - Azərbaycan oyunu Palermo şəhərinin "Renzo Barbera" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0