Moskvada start heyətlər bəlli oldu
30.09.2014 - 19:30
Moskvada start heyətlər bəlli oldu

Çempionlar Liqasının qrup mərhələsində bu gün keçiriləcək MOİK - "Bavariya" oyunun start heyətləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Pep Qvardiola moskvalılarla görüşdə elə də dəyişikliklər etməyib.

 

İspaniyalı çalışdırıcı yenə hücum xəttində Levandovski – Robben – Müller “üçlüy”ünə güvənəcək.

 

Qeyd edək ki, MOİK – “Bavariya” matçı Bakı vaxtı ilə saat 21:00-da start verəcək.

 

 

MOİK: Akinfeyev (k), Mario Fernandes, İqnaşeviç, Aleksey Berzutski, Vasili Berezutski, Şennikov, Toşiç, Milanov, Eremenko, Natxo, Musa

 

"Bavariya": Noyer, Dante, Benatia, Bernat, Filipp Lam (k), Alaba, Xabi Alonso, Qötze, Levandovski, Robben, Müller

0