[b]“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi La Liqa klubunu çalışdıracaq[/b]
30.09.2014 - 20:08
[b]“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi La Liqa klubunu çalışdıracaq[/b]

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli İspaniya La Liqasında işləməyə çox yaxındır. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis “Xetafe”nin “sükanı arxası”na keçə bilər.

 

Yerli mətbuat iddia edir ki, iranlı iş adamı Hüseyn Hidayeti ispan klubunu almaq üçün danışıqlara başlayıb.

 

Cənub qonşularımızın "Steel Azin" və "Persepolis" klublarının səhmdarı olan Hidayeti La Liqa təmsilçisinin səhmlərinin 55 faizinə yiyələnmək üçün onlara təklif göndərib. “Mənə "Xetafe"nin 51 faizini təklif etdilər, mən isə 55 faizini istədim"- deyə Hüseyn İpaniya mətbuatına bildirib.

 

Əgər tərəflər arasında razılıq baş tutsa, iranlı iş adamı bu komandasının başına türkiyəli mütəxəssis gətirəcək. Bunun isə “Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin olduğu iddia edilir.

 

Qeyd edək ki, Dənizli “Xəzər Lənkəran"a gəlməmişdən əvvəl İranın PAS (2004-2006) və “Persepolis” (2006-2007, 2011-2012) klublarında işləyib. “Qalatasaray” (1987-1989, 1990-1992), “Fənərbaxça” (2000-2002) və “Beşiktaş” (2008-2010) kimi İstanbul nəhənglərini çalışdıran tanınmış mütəxəssis təmsilçimizin “sükanı arxası”na 2013-cü ilin dekabr ayının 1-də keçmişdi.

 

O, “yaşıllar”ı 25 matçda meydana çıxardıqdan sonra istefa verib. Bu müddət ərzində 10 qələbə qazanan “Xəzər Lənkəran” 9 heç-heçə edib və 6 dəfə uduzub. 38 qol vuran Dənizlinin yetirmələri 32 top buraxıb. Bu oyunlardan 20-si çempionat, 5-i kubok çərçivəsində olub. 

0