[b]Yığmamızın darmadağın olduğu məkanda yubiley[/b]
01.10.2014 - 00:03
[b]Yığmamızın darmadağın olduğu məkanda yubiley[/b]
  1. Çempionlar Liqasının qrup mərhələsinin II turunda səfərdə Moskva MOİK-ini 1:0 hesabı ilə məğlub edən “Bavariya” yubiley qələbəsinə sevinib. Apasport.az saytının məlumatına görə, “Ximki Arena”da baş tutan oyunun 22-ci dəqiqədə Tomas Müllerin vurduğu tək qol Münhen təmsilçisinin qitənin ən möhtəbər klub turnirində 100-cü qalibiyyəti olub.

 

Bu vaxta qədər almanlar avrokuboklarda 189 matç keçirib ki, bunlardan da 44-də meydanı başı aşağı tərk edib. 45 görüşdə isə “Bavariya” rəqibi ilə sülh bağlayıb. Həmçinin yubiley qələbisini qazanan münhenlilər “Real”, “Barselona” və “Mançester Yunayted”dən sonra 4-cü komanda olub.

 

Qeyd edək ki, “Bavariya”nın 100-cü qələbəyə sevindiyi “Ximki Arena”da milli komandamız sentyabrın 3-də Rusiya millisinə yoldaşlıq görüşündə darmadağın olub. Aleksandr Kerjakovun dublu, Sergey İqnaşeviç və Vladimir Qranatın tək qolu matçda 4:0 hesablı məğlubiyyətimizlə yadda qalıb.

0