Xavidən yeni rekord
01.10.2014 - 01:46
Xavidən yeni rekord

“Barselona”nın futbolçusu Xavi Çempionlar Liqasının qrup mərhələsinin II turunda PSJ ilə oyunda yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, komandasının 3:2 hesabı ilə uduzduğu görüşdə 34 yaşlı yarımmüdafiəçi “Real”ın sabiq hücumçusu Raul Qonzalesi keçib.

 

Meydana matçın 69-cu dəqiqəsində İvan Rakitiçin yerinə daxil olan Xavi Çempionlar Liqası tarixində 143-cü dəfə forma geyinib.

 

Karyerasını başa vurmuş Raul isə 142 oyunda meydana çıxmağı bacarıb. “Real”ın digər üzvü, qapıçı İker Kasilyas isə 141 dəfə oynayıb. Təcrübəli qolkiperlə eyni sayda meydanda yer alan sabiq yarımmüdafiəçi Rayan Qiqqz isə Madrid klubunun qapıçısı ilə 3-4cü yerləri bölüşürlər.

 

Lider Xaviyə çatmaq üçün hazırda karyeralarını davam etdirən futbolçular isə Zlatan İbrahimoviç və Kriştianu Ronaldodur. İsveçli 105, Portuqaliyalı isə 104 dəfə forma şansı əldə edib.

 

Qeyd edək ki, Çempionlar Liqası tarixində bobardirlər siyahısına Raul başçılıq edir – 71. 68 qolla Lionel Messi ilə Kriştianu Ronaldo 2-3-cü yerlərdə qərarlaşıblar.

 

Çempionlar Liqası tarixində 10 ən çox meydana çıxan futbolçular:

 

Oyun

Oyunçu

Ölkə

Klub

İl

143

Xavi

İspaniya

Barselona

1998-

142

Raul

İspaniya

Real (130), Şalke (12)

1995-2011

141

İker Kasilyas

İspaniya

Real

1999-

141

Rayan Qiqqz

Uels

MY

1993-2014

125

Klarens Zeedorf

Hollandiya

Milan (89),Real (25), Ayaks (11)

1992-2012

124

Pol Skoulz

İngiltərə

MY

1994-2013

120

Roberto Karlos

Braziliya

Real (107), Fənərbaxça (13)

1996-2008

115

Karles Pyol

İspaniya

Barselona

1999-2013

112

Tyeri Anri

Fransa

Arsenal (77), Barselona (26), Monako (9)

1997-2010

109

Paolo Maldini

İtaliya

Milan

1988-200

 

0