[b]Totti ÇL-nin tarixinə düşdü - FOTO[/b]
01.10.2014 - 02:00
[b]Totti ÇL-nin tarixinə düşdü - FOTO[/b]

“Roma”nın əfsanəvi kapitanı Françesko Totti Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, ən möhtəbər klub turnirinin qrup mərhələsində “Maçester Siti” ilə keçirilən oyunda fərqlənən hücumçu sözügedən turnirdə qol vuran ən yaşlı futbolçu olub.

 

İtaliya millisinin sabiq hücumçusu komandasının səfərdə 1:1 hesalı heç-heçə etdiyi oyunda meydana start heyətdə çıxıb və matçın 23-cü dəqiqəsində komandasının bərabərlik qoluna imza atıb. Bu qol isə onunun adını Çempionlar Liqasının tarixinə yazdırıb.

 

Qeyd edək ki, 38 yaşlı  oyunçu 2011-ci ildə 37 yaşında “Benfika”ya qol vuran “Mançester Yunayted”in yarımmüdafiəçisi Rayan Giqqzi qabaqlayıb.

0