Yubileylər gecəsində rekord axtarışında
01.10.2014 - 09:20
Yubileylər gecəsində rekord axtarışında

Sabah Avropa Liqasında II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da qitənin ikinci dərəcəli klub turnirində növbəti sınağına çıxacaq.

 

Azərbaycan çempionu qrupda ilk səfər matçına məşhur “Cüzeppe Meattsa” stadionunda keçirəcək. İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri “Neftçi”nin iki il əvvəl bu arenada nail olduğu uğuru təkrarlamağa çalışacaq.

 

Həmin vaxt adlı-sanlı rəqibi ilə məhsuldar heç-heçə (2:2) edən bakılılar kimi Appenində məğlubiyyətsiz dönməyə çalışacaq “Qarabağ” sensasiyaya da imza ata bilər. İtaliya çempionatının son turunda “Kalyari”yə 1:4 hesabı ilə uduzan milanlıların ideal formada olmaması təmsilçimizin lehinədir.

 

Ağdam təmsilçisi üçün bu qarşılaşmada uğur əldə etməyə stimul verən məqamlar da yetərincədir. “Qarabağ” avrokuboklarda 50-ci oyununa çıxır. Bu yubileydə əldə olunacaq qələbə sayca 20-ci olacaq. Bu uğur həm də Qurbanovun avrokuboklarda baş məşqçi kimi 20-ci qələbəsi ola bilər. Yubileyə yubiley qatmaq əzmində olan “Qarabağ” bunu bacarsa, bir neçə rekord əldə olunacaq. Qrup mərhələsində ilk qələbə cari mövsümdə 9-cu olacaq. Bu qədər qələbə isə əvvəlki mövsümlərdə qeydə alınmayıb.

 

Avropa Liqası

Qrup mərhələsi

II tur

2 oktyabr

00:05. “İNTER” (İTALİYA) - “QARABAĞ” (AZƏRBAYCAN) 

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Andrey Getsikov

Dördüncü hakim: Oleq Maslyanka

Əlavə hakim köməkçiləri: Sergey Sinkeviç, Denis Şerbakov (hamısı Belarus)

UEFA nümayəndəsi: Joze Gilyerme Agiar (Portuqaliya)

Hakim-inspektor: Frank De Bleekere (Belçika)

Milan. "Cüzeppe Meatsa" stadionu

 

0