“Onun dediklərinə əməl edib, “Qarabağ”a qalib gəlməliyik”
01.10.2014 - 11:14
“Onun dediklərinə əməl edib, “Qarabağ”a qalib gəlməliyik”

“Kalyari”yə qarşı keçirdiyimiz oyunu unutmalıyıq. Biz sabah Avroliqanın qrup mərhələsində vacib oyuna çıxırıq”. Apasport.az xəbər verir ki, bu sözləri “İnter”in baş direktoru Marko Fassone deyib.

 

Avropa Liqasının qrup mərhələsində oktyabrın 2-də "Qarabağ"la qarşılaşacaq İtaliya təmsilçisinin rəsmisi bu matçla bağlı fikirlərini bildirib: “Düzdü, çempionatın son turundakı məğlubiyyət gözlənilməz və çox pis oldu. Amma klub prezidenti Erik Tohir də bizə keçmişdəki oyunları unutmağımızı tapşırdı. Həm də dedi ki, Avroliqada komandadan uğur gözləyir. Biz onun dediklərinə əməl etməliyik və “Qarabağ”la oyunda qələbə qazanmalıyıq. Komandamızı sabah çətin və həlledici oyun gözləyir”.

0