Rəşad Sadıqov “İnter”ə qarşı oynaya bilər
01.10.2014 - 13:30
Rəşad Sadıqov “İnter”ə qarşı oynaya bilər

Zədəsinə görə bir neçə gün hazırlıqlardan kənarda qalan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “İnter”lə matçda forma geyinə bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Milanda fizoterapevt nəzarətində çalışmalara başlayıb. “Qarabağ”ın oyunöncəsi sonuncu məşqinə qədər tibbi heyətin verəcəyi qərar əsasında Rəşadın meydana çıxıb-çıxmayacağı bəlli olacaq. Qeyd edək ki, Rəşad Sadıqov “Neftçi” ilə oyundan öncə zədələndiyinə görə həmin matçı buraxmağa məcbur olmuşdu.

0