Berti Foqts “Cüzeppe Meatsa”da
01.10.2014 - 14:49
Berti Foqts “Cüzeppe Meatsa”da

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Qarabağ”ın oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin II turunun qarşılaşmasına stadiondan baxacaq.

 

Foqts oktyabrın 2-də, Milan şəhərindəki “Cüzeppe Meatsa” stadionunda yerli “İnter”in Azərbaycan çempionu ilə qarşılaşmasını izləyənlər arasında olmağı lazım bilib. Bu matç Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

 

Mənbə: affa.az

0