Flavinyo “Neftçi”dən ayrı düşdü
01.10.2014 - 16:21
Flavinyo “Neftçi”dən ayrı düşdü

“Neftçi” bu gün istirahəti başa vuraraq hazırlığa start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar”ın bazasında keçirilmiş məşqdə Flavinyodan başqa bütün futbolçular iştirak edib.

 

Zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi həkim nəzarəti altında bərpa prosesini keçir. “Sumqayıt” klubu ilə oyuna hazırlıq sabah baş tutacaq 2 məşqlə davam edəcək.

 

Qeyd edək ki, “Neftçi”nin ümumilikdə 9 futbolçusu yığma komandaların düşərgəsinə yollanacaq.

0