“Sent-Etyen”in yarımmüdafiəçisi: Mərhələni “Qarabağ” və biz keçəcəyik
01.10.2014 - 17:00
“Sent-Etyen”in yarımmüdafiəçisi: Mərhələni “Qarabağ” və biz keçəcəyik

“Məqsədimiz qrupda birinci yer tutmaqdır. Sona qədər bunun üçün döyüşəcəyik”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen”in yarımmüdafiəçisi Conatan Brizon deyib.

 

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Fransa klubunun futbolçusu Azərbaycan klubundan çəkindiklərini bildirib: “Biz I yer uğrunda “İnter”lə mübarizə aparmaqdan çəkinmirik. Ümumiyyətlə, heç bir komandadan qorxmuruq. Amma görünür, “Qarabağ”la mübarizə aparmaq çətin olacaq. Qarşımıza belə yaxşı komanda çıxacağını gözləmirdik. Azərbaycan klubunu məğlub etmək elə də asan deyil. “İnter” favorit olsa da, biz bütün oyunlardan 3 xalla ayrılmağa çalışacağıq. Bizim 1 yox, 3 rəqibimiz var. Düşünürəm ki, mərhələni “Qarabağ” və biz keçəcəyik. “İnter” və “Dnepr” çox da sevinməsinlər”.

0