Neymarın atası etiraf etdi
01.10.2014 - 19:15
Neymarın atası etiraf etdi

“Barselona”nın hücumçusu Neymarın atası oğunun “Santos”dan Kataloniya klubuna keçidi haqda hakimin dinləməsində danışıb. Apasport.az saytının məlumatına görə, o, maraqlı etirafı ilə diqqət çəkib.

 

Neymarın atası bildirib ki, Braziliya milli komandasının forvardını digər ispan nəhəngi “Real” da transfer etmək istəyib. Uzun sürən danışıqlardan sonra 23 yaşlı futbolçu son qərarını verərək, “Barsa”nın formasını geyinmək isətdiyini açıqlayıb. Madrid klubu isə Neymarın keçidi üçün “Santos”a 150 milyon avro ödəyə hazır imiş.

 

Qeyd edək ki, “Barselona”nın sabiq prezidenti Sandro Rosel Neymarın transferinin real dəyərinin gizlətməsində ittiham olunub. O, braziliyalının keçidinin 57 milyon avro olduğunu bildirsə də, məhkəmə onun bu barədə doğru məlumat verməməsini vurğulayıb.

0