“Atletiko”nun heyətində ciddi itki
01.10.2014 - 20:35
“Atletiko”nun heyətində ciddi itki

“Atletiko” Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Yuventus"la oyuna ciddi itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Dieqo Simone Turin təmsilçisi ilə oyunda komandanın kapitanı Qabinin xidmətindən yararlana bilməyəcək.

 

Buna səbəb təcrübəli futbolçunun zədəli olmasıdır. Qabinin adı "Yuventus"la oyun üçün “18-liy”ə daxil edilməyib.

 

Qeyd edək ki, "Atletiko" - "Yuventus" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də start verəcək.

0