“Arsenal”dan maraqlı rekord
01.10.2014 - 22:06
“Arsenal”dan maraqlı rekord

İngiltərənin"Arsenal" klubu maraqlı rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “topçular”ın 2002-ci ildən indiyə qədər 889 futbolçusu zədələnib.

 

Bu nəticə isə "Arsenal"ı son 12 ildə ən çox futbolçusu zədələnən komandalar sırasında birinci edib.

 

Qeyd edək ki, London klubunda zədə sarıdan əziyyət çəkən futbolçusu ən çox Teo Uolkottdur. İngiltərə millisinin üzvü 42 dəfə sıradan çıxıb.

0