Marko Bonitta yığmamıza qalib gəlib, sonra təriflədi
02.10.2014 - 09:01
Marko Bonitta yığmamıza qalib gəlib, sonra təriflədi

“Öncə Azərbaycanı təbrik edirəm. Onlar hər oyunda dəyişik və baxımlı oyun göstərirlər. Bizlə görüşə də fərqli sistemlər çıxdılar”. Apasport.az saytının məlumatına görə bu sözlər qadın voleybolçulardan ibarət İtaliya millisinin baş məşqçisi Marko Bonittaya məxsusdur.

 

Təcrübəli mütəxəssis dünya çempionatında Azərbaycanla oyunu şərh edib. O, 1:3 hesabı ilə uduzan millimizi tərifləyib: “Üçüncü hissədə Azərbaycan topu oyuna çox gözəl daxil edirdi. Hücumda da əla oyun göstərirdilər. Bunun da nəticəsində hissəni aktivlərinə yazdılar. Həmin an bizim üçün çox çətin idi”.

0