Telinin valideynləri, Leroyun bacısı - FOTO
02.10.2014 - 09:07
Telinin valideynləri, Leroyun bacısı - FOTO

“Qarabağ” bu gün Avroliqanın qrup mərhələsinin II turunda İtaliyada Milan “İnter”ilə qarşılaşacaq. Apasport.az xəbər verir ki, Bakı vaxtilə saat 00:05-də başlayan oyun azərbaycanlı azarkeşlər tərəfindən maraqla gözlənilir.

 

Amma bu matça təkcə azərbaycanlı azarkeşlər maraq göstərmir, həmçinin “Qarabağ”ın legioner futbolçularının qohumları da təmsilçimizin oyununu səbrsizliklə gözləyirlər. Komandanın albaniyalı futbolçusu Admir Telinin valideynləri oğlanlarına dəstək olmaq üçün Milana üz tutublar. Onlar bu gün “Cüzeppe Meatsa” stadionunda keçiriləcək matçı stadiondan canlı izləyəcəklər.

 

“Qarabağ”ın hollandiyalı yarımmüdafiəçisi Leroy Corcun da qohumları Appenin yarımadasına təşrif buyurub. Onun bacısı, bacısının rəfiqəsi və xalasıoğlu Ağdam klubuna stadionda dəstək verəcəklər. 

0