“Qarabağ”ın 22 futbolçusu “İnter”lə oyunu gözləyir
02.10.2014 - 10:02
“Qarabağ”ın 22 futbolçusu “İnter”lə oyunu gözləyir

Avropa Liqasının qrup mərhələsində “İnter”in qonağı olacaq “Qarabağ” dünən yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 22:30-da) məşqə çıxıb. Apasport.az saytının məlumatına görə, məşq 1 saat davam edib.

 

Çalışmada İtaliyaya aparılan 22 futbolçunun hamısı iştirak edib. Artıq oteldə olan təmsilçimiz oyun saatını gözləyir.

 

Qeyd edək ki, “İnter”  - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

 

0