Emin Quliyev millidə
02.10.2014 - 10:37
Emin Quliyev millidə

17 yaşadək futbolçulardan ibarət yığmamız oktyabrın 10-dan 20-dək Xorvatiyanın paytaxtı Zaqrebdə təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, bu məqsədlə yığmanın heyətinə 23 futbolçu dəvət olunub.

 

Heyətdə Almaniya, Hollandiya, Rusiya, Türkiyə, Ukrayna və Gürcüstandan legionerlərimiz var. Bu futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Emin Əliyev, Nicat Süleymanov, Yusif Cəfərov (hər üçü “Bakı”), David Dadaşov (“Berlin”, Almaniya), Murtuzəli Abakarov (MOİK, Rusiya), Ziya Əzizov (“Den Bosx”, Hollandiya), Qara Qarayev (“Əlincə”), Ruslan Bədəvi (“Saburtalo”, Gürcüstan), Kazım Birkan (“Qazianpaşaspor”, Türkiyə), Oleq Karnaux (“İliçevets”, Ukrayna), İsmayıl Muradov, Emin Quliyev (hər ikisi “İnter”), Tural Osmanov, Oruc İsmayılov (hər ikisi “Neftçi”), Kənan Zülfüqarov, Camal Camalov (hər ikisi “Qarabağ”), Elvin Dəmirov, Amin Seydiyev, Xəyal Əmirli, Hacıağa Hacıyev, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Ravil Yusifli (“Simurq”), Səid İbadov (“Tom”, Rusiya)

 

Qeyd edək ki, Mirbağır İsayevin yetirmələri oktyabrın 23-dən 28-dək isə Belçikanın Limburq əyalətində keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək. Rəqiblər Belçikadan başqa, İsveçrə, Bosniya və Herseqovinadır.

0