İtaliyanın Azərbaycanla oyun planları
02.10.2014 - 11:01
İtaliyanın Azərbaycanla oyun planları

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da yığmamızla, 3 gün sonra Xorvatiya ilə üz-üzə gələcək Antonio Kontenin yetirmələri ayın 4-də bir araya gələcək.

 

Ertəsi gün federasiya rəsmiləri ilə yığma üzvləri arasında görüş keçiriləcək. Oktyabrın 6-da Bakı vaxtı ilə saat 13:30-da italiyalıların mətbuat üçün açıq məşqi olacaq. 1 saatlıq məşq başa çatandan sonra milli üzvlərinin mətbuat konfransı təşkil ediləcək.

 

Həmin gün 20:00-də ikinci məşq baş tutacaq. Ayın 7-8-də da İtaliya yığması gündə iki dəfə - eyni vaxtda hazırlıq keçəcək. Bu günlər saat 18:30-da mətbuat konfransında futbolçular iştirak edəcək. Axşam məşqləri mətbuat üçün açıq olacaq.

 

Oktyabrın 9-da ilk məşqini eyni saatda keçirəcək “Skuadra Adzurra” 19:00-da hazırlaşdığı Florensiyadan oyunun baş tutacağı Palermoya yollanacaq. 1 saat 20 dəqiqəlik uçuşdan sonra komanda bu şəhərdəki “Renso Barbera” stadionuna yollanacaq. 21:00-dakı məşqin ardından baş məşqçinin mətbuat konfransı keçiriləcək. Meydan sahibləri millimizlə oyun günü saat 14:00-da da məşqə çıxacaq.

 

Qeyd edək ki, Palermoda keçiriləcək İtaliya – Azərbaycan oyunu saat 23:45-də başlayacaq.

 

0