Kristof Qaltye: Qrupda “Qarabağ” kimi təhlükəli rəqib var
02.10.2014 - 11:23
Kristof Qaltye: Qrupda “Qarabağ” kimi təhlükəli rəqib var

“İnter” və “Dnepr”i qrupun lideri sayanlar tələsməsinlər. Çünki bu qrupda “Qarabağ” kimi rəqib var”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

 

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Fransa təmsilçisinin çalışdırıcısı Azərbaycan klubunu təhlükəli komanda adlandırıb. O, bu gün qarşılaşacaqları Ukraynanın “Dnepr” klubu ilə oyundan öncə maraqlı açıqlamalar verib: “Çox çətin qrupdur. İndidən kimin neçə xal toplayacağını və hansı yeri tutacağını demək olmaz. Azərbaycan klubunu heç kim tanımırdı. Amma biz onlara qarşı oyunda gördük ki, bu rəqib hansı gücə malikdir. “Qarabağ” çox təhlükəli komandadır. Bir gördünüz ki, onlar qrup mərhələsini adladı. “Dnepr”ə qarşı yaxşı oyun göstərmək istəyirik. Amma onların da çox güclü komanda olduğunu bilirik. Daxili çempionatdakı oyunlarına baxmışıq. Ümid edirəm ki, azarkeşlərimizi sevindirəcəyik”.

0