[b]Ağasəlim Mircavadov milli ilə Macarıstana gedəcək[/b]
02.10.2014 - 12:15
[b]Ağasəlim Mircavadov milli ilə Macarıstana gedəcək[/b]

“U-15, U-16 və U-17-də Aslan Kərimov, Təbriz Həsənov və Mirbağır İsayev işləyir. Onlarla tez-tez görüşürəm”. Bunu apasport.az saytına ölkənin tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov deyib.

 

 “Şöhrət” ordenli Mircavadov aşağı yaş qruplarında məşqçilərin tez-tez dəyişdirilməsini yaxşı hal saymadığını bildirib: “1 il işləməklə heç nə olmur. Mükəmməl nəticə əldə etmək üçün heç olmasa minimum 2 il baş məşqçi işləməlisən Mənə 1992-1993-cü illərin əla olduğunu deyirlər. Amma nəticə olmadı. Çünki o uşaqlar mərhələ keçə bilmədilər. Həmin uşaqların artıq bəziləri yığmaya çağırılır. Məsələn, 1993-cü il təvəllüdlü Ağabala Ramazanov Berti Foqts tərəfindən İtaliya və Xorvatiya ilə matçlar üçün dəvət olunub. O uşaq çılğındır. Onu düzgün yerdə oynatmaq lazımdır ki, yığmaya xeyir versin”.

 

Bu ilin əvvəllərində 21 yaşadək futbolçulardan ibarət milli ilə Antalyada təlim-məşq toplanışında iştirak etmiş Mircavadov bu dəfə U-19 ilə Macarıstana gedəcəyini bildirib: “U-19-un baş məşqçisi Nikolay Adamla hələ ki görüşməmişəm. Amma ola bilər ki, onunla da görüşümüz baş tutsun. Çünki ola bilsin ki, mən də noyabrda seçmə oyunlara görə U-19 ilə Macarıstana getdim. Belə bir variant mənə deyilib. Mən də demişəm ki, buna etiraz etmirəm. Sadəcə mənə öncədən deyilsin ki, işlərimi planlaşdıra bilim”.

 

0