“İnter” – “Qarabağ” matçının favoriti açıqlandı
02.10.2014 - 13:20
“İnter” – “Qarabağ” matçının favoriti açıqlandı

“Topaz” Avropa Liqasının qrup mərhələsinin II turunun oyunları üçün əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru “İnter” (İtaliya) – “Qarabağ” (Azərbaycan) matçına da pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” saat 00:05-də start götürəcək qarşılaşmada ev sahiblərini aşkar favorit sayır. Bunun üçün milanlıların qələbəsi 1,10 əmsalla qiymətləndirildiyi halda, Ağdam təmsilçisinin 3 xal qazanmasına 12,00 əmsal verilib. Görüşdə heç-heçə isə 6,00 əmsaldır.

0