“Hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdır” - FOTO
02.10.2014 - 17:38
“Hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdır” - FOTO

“Daha çox çalışmağımız lazımdır. Sevindirici olan bir məqam var. Biz oyundan-oyuna daha yaxşı çıxış edirik”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Topaz Premyer Liqasının I turundan təxirə salınmış oyunda “Bakı” “Simurq”u 1:0 hesabı ilə məğlub edib. Mövsümdə ikinci qələbəsini qazanan türkiyəli mütəxəssis bildirib ki, milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranmış fasilədən maksimum yararlanmağa çalışacaqlar: “Bu sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçulara çox təşəkkür edirəm, qələbəni rəhbərliyə hədiyyə edirəm. Heyətdə gənc futbolçu çoxdur. Buna görə müəyyən çatışmazlıqlar var. Onların üzərində çalışmalıyıq. Bizim hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdır. Nəticə qazanmaqla yanaşı, yaxşı oyun sərgiləməyi planlaşdırırıq”.

Mənbə: pfl.az

0