[b]George Çixradze: Vəziyyət ürəkaçan deyil[/b]
02.10.2014 - 17:49
[b]George Çixradze: Vəziyyət ürəkaçan deyil[/b]

Topaz Premyer Liqasının I turundan təxirə salınmış oyunda “Bakı”ya 0:1 hesabı ilə uduzan “Simurq”un baş məşqçisi George Çixradze fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, gürcüstanlı çalışdırıcı problemlərinin olduğunu etiraf edib.

 

O matçdan sonra mətbuat konfransında bildirib ki, vəziyyət ürəkaçan deyil: “Bundan öncəki oyunda biz məğlub duruma düşsək də, komanda xarakter göstərdi, qələbə qazandı. “Bakı” ilə görüşdə isə bunu edə bilmədik. Bizim problemlərimiz var. Bunu aradan qaldırmağa çalışacağıq”. 

Mənbə: pfl.az

0