Rəqibimizin İngiltərə ilə oyununun vaxtı bilindi
02.10.2014 - 19:55
Rəqibimizin İngiltərə ilə oyununun vaxtı bilindi

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının İngiltərə ilə keçirəcəyi yoldaşlıq oyunlarından birinin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iki dəfə üz-üzə gələcək komandaların ilk oyunu gələn ilin mart ayının 31-də baş tutacaq.

 

Sonuncu dəfə Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsində qarşılaşan bu komandaların digər oyunu isə 2018-ci ildə təşkil ediləcək mundialın seçmə mərhələsi zamanı reallaşacaq.

 

Bu haqda ingilislərin baş məşqçisi Roy Hocson məlumat verib: “İtaliya yığması həmişə İngiltərə millisininə əks təsir göstərib. Lazım olan iki matçda başqa cür olmayacaq. Onlar  həmişə yaxşı komanda olublar. İtaliyada tarixən dünya səviyyəli futbolçular çıxış edib. Bu görüşlər bizə, əsas beynəlxalq yarışlara hazırlaşmağa kömək edəcək”.

 

Qeyd edək ki, millimiz AVRO-2016-nın seçmə mərhələsində “Skuadra Adzurra” ilə oktyabrın 10-da, Palermo şəhərində qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0