Sevgililər yığmamıza qayıtdılar
04.10.2014 - 13:40
Sevgililər yığmamıza qayıtdılar

Bolqarıstanlı atletlər – Boyanka Kostova ilə İvan Stoitsov Azərbaycan yığmasına geri qayıdıblar. Apasport.az saytının məlumatına görə, hər iki idmançı artıq son 3 gündür ki, millimizin Bakıda keçirdiyi məşqlərdə iştirak edir.

 

Kostova ilə Stoitsovun şəxsi məşqçisi olan Lazar Kişkilov isə “Mən hadisələrin gedişatını belə gözləyirdim. Çünki Boyankanın Azərbaycanda inkişaf etmək imkanları daha çoxdur”. Kostovanın noyabrda keçiriləcək dünya çempionatında millimizin heyətində yer alacağı gözlənilir.

 

Qeyd edək ki, Boyanka Kostova Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən cəzalandırılan 18 atlet arasında olmayıb. Bu da onun həmin vaxt yığmamızdan imtina etməsi və vətəni Bolqarıstanda olması ilə bağlıdır. Kostovanın sevgilisi İvan Stoitsov isə yaşına görə baş məşqçi Zlatan Vanev tərəfindən heyətə çağırılmırdı.

0