[b]İtaliya – Azərbaycan: Start heyətləri açıqlandı[/b]
10.10.2014 - 11:23
[b]İtaliya – Azərbaycan: Start heyətləri açıqlandı[/b]

Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün İtaliya yığmasının qonağı olacaq. Apasport.az xəbər verir ki, İtaliya mətbuatı artıq oyunun start heyətlərini də yazıb. Onları fikrincə, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts aşağıdakı heyətə güvənəcək.

 

Qapını Kamran Ağayev qoruyacaq. Müdafiənin sağında Maksim Medvedev, solunda Ufuk Budaq yer alacaq. Mərkəzdə isə Elvin Yunuszadə və Bədavi Hüseynov rəqibin hücumlarının qarşısını almağa çalışacaq.

 

Foqts yarımmüdafiədə bu dəfə məcburiyyətdən müəyyən dəyişikliklərə əl atıb. Ruslan Abışovun yoxluğunda onun yerini Rahid Əmirquliyev dolduracaq.  Orta xəttin mərkəzində Rahidə Qara Qarayev kömək edəcək. Yarımmüdafiənin sağ cinahında Araz Abdullayev oynayacaqsa, solda Bolqarıstanla görüşdə millimizin yeganə qolunu vuran Dmitri Nazarov çıxış edəcək.

 

Hücum xəttində isə almaniyalı mütəxəssis Rauf Əliyevlə Rüfət Dadaşova şans verib.

 

İtalyan həmkarlarımız Antonio Kontenin isə bu futbolçuları meydana buraxacağını düşünür.

 

İtaliya: Canluici Buffon, Andrea Rannokya, Kristian Bonuççi, Corcio Kyellini, Alessandro Florentsi, Matteo Darmian, Andrea Pirlo, Klaudio Markiziyo, Manuel Paskual, Simone Zaza, Çiro İmmobile.

 

0