“Xəzər Lənkəran” "Bakı"nı darmadağın etdi
19.10.2014 - 17:52
“Xəzər Lənkəran” "Bakı"nı darmadağın etdi

Bu gün Topaz Premyer Liqasında VIII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç Lənkəranda keçirilib.

 

Bir vaxtlar görüşləri prinsipiallığı ilə seçilən “Xəzər Lənkəran” “Fırtınalar meydanı”nda “Bakı”nı qonaq edib.

 

Turnir cədvəlinin ikinci yarısında qərarlaşan rəqiblərin duelində sevinən tərəf meydan sahibləri olub. İlk hissədə 3 top vuran cənublular fasiləyə üstün yollanıb. İkinci yarıda isə baş məşqçi Oğuz Çətinin yetirmələri yalnız bir dəfə fərqlənməyi bacarıblar – 4:0.

 

Qeyd edək ki, turun açılış günündə “Neftçi” səfərdə “Sumqayıt”ı 1:0, “Qarabağ” isə öz meydanında “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. “Araz Naxçıvan” AZAL-la, “İnter” “Simurq”la heç-heçəyə razılaşıb.

 

Topaz Premyer Liqası

VIII tur

19 oktyabr (bazar)

“Xəzər Lənkəran” – “Bakı” - 4:0

QOLLAR: Alfred Sanko, 34-pen, Qalin İvanov, 37, Elnur Cəfərov, 43, Rauf Əliyev, 79-pen

Qırmızı vərəqə: Elşad Manafov

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

 

XƏZƏR LƏNKƏRAN: 12. Cahangir Həsənzadə 3. Vanderson Skarduelli 5. Tyeqo de Xesus 7. Sadio Tounkara 8. Qalin İvanov 10. Elnur Abdullayev 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k) 27. Adrian Skarlatake 63. Alfred Sanko 97. Elnur Cəfərov

 

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı 13. Aleksandr Şemonayev 22. Əfran İsmayılov 28. Fernando Qabriel 33. Rasim Ramaldanov 99. Deyan Blajevski 44. Ruslan Cəfərov

Baş məşqçi: Oğuz Çətin

 

BAKI: 1. Aqil Məmmədov  6. Vüqar Bəybalayev 19. Eltun Hüseynov 5. Georgios Palagios 21. Elşad Manafov 30. Cəmşid Məhərrəmov 8. Lukas Mario Horvat (k)  22. Risto Ristoviç 18. Əziz Quliyev 11. Tural Qürbətov 10. Nurlan Novruzov

 

Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 7.Nuran Qurbanov, 17.Emin Əsgərli, 20. Valeh Seyidov, 15. Azad Kərimov, 56. Qeyrət Əliyev, 55. Aydın Mustafazadə

Baş məşqçi: İbrahim Uzunca

 

 

Yer

Komanda

o

q

h

m

t/f

x

1

İnter

8

4

3

1

20-4

15

2

Qarabağ

7

4

2

1

11-6

14

3

Neftçi

7

4

1

2

6-7

13

4

Sumqayıt

8

4

0

4

10-11

12

5

Xəzər L

8

3

2

3

9-6

11

6

Qəbələ

8

3

2

3

7-10

11

7

Simurq

8

3

1

4

9-8

10

8

AZAL

7

2

3

2

7-10

9

9

Bakı

8

2

1

5

6-19

7

10

Araz N

7

1

1

5

7-11

4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mikel Alvaro (“İnter”) - 5 qol

0