Timursuz komandası yenə sülhə razılaşdı
19.10.2014 - 19:38
Timursuz komandası yenə sülhə razılaşdı

Milli komandalarının oyunları ilə əlaqədar olaraq çempionatda yararan fasilədən sonra Türkiyə PTT I lıqasında VI turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Timur Temeltaşın formasını geyindiyi "Altınordu" bu gün növbəti matçına çıxıb.

 

Təmsilçimizin komandası səfərdə “Boluspor”la üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib. Oyun başladığı kimi də sona çatıb – 0:0.

 

Zədə səbəbindən son 4 çempionat və 1 kubok oyununu buraxan sabiq futbolçumuz yenə heyətə daxil edilməyib.

 

Qeyd edək ki, "Altınordu" bundan əvvəlki turlarda “Girəsunspor” və “Alanyaspor”la daheç-heçəyə razılaşıb. Hər iki matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

“Altınordu” 6 oyundan sonra xalını 5-ə çıxarıb və turnir cədvəlinin 13-cü pilləsində yer alır.

0