Cavidlə Subaşiç üz-üzə gəldi, azarkeşlər 2 qol gördü
19.10.2014 - 23:01
Cavidlə Subaşiç üz-üzə gəldi, azarkeşlər 2 qol gördü

Türkiyə PTT I liqasında VI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor"la millimizin sabiq üzvü Branimir Subaşiçin forma geyindiyi "Manisaspor" qarşılaşıb.

 

Matçda meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. Təmsilçilərimizin hər ikisi meydana start heyətdə çıxıb. Lakin Cavid Elazığ klubunun heyətində oyunun 60-cı dəqiqəsində Atilla Yıldırımla əvəzlənib. İmamverdiyevdən fərqli olaraq serb əsilli azərbaycanlı hücumçu 90 dəqiqə oynayıb.

 

Qeyd edək ki, "Elazığspor" 6 turda 8 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Manisaspor" isə 4 xalla son pillədə qərarlaşıb.

0