[b]“Qarabağ”ın rəqibi liderliyi əlində saxladı[/b]
19.10.2014 - 23:39
[b]“Qarabağ”ın rəqibi liderliyi əlində saxladı[/b]

Ukrayna çempionatında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" Odessa "Çernomorets"i ilə üz-üzə gəlib.

 

Qarşılaşmada "Dnepr" 2:1 hesablı qələbəsi ilə qələbə qazanıb. Matçda hesabı 20-ci dəqiqədə Bobko açıb. "Qarabağ"ın rəqibinin futbolçusu Nikola Kaliniç 17 dəqiqədən sonra hesaba tarazlıq gətirib. Dnepropetrovsk klubuna 3 xal qazandıran topu isə 66-cı dəqiqədə Pavlo Kutas vurub. O, avtoqola imza atıb.

 

Qeyd edək ki,  oktyabrın 23-də "Qarabağ"ı qəbul edəcək "Dnepr" 9 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. 

0