“Dənizlispor” Məlikovsuz sülh bağladı
20.10.2014 - 00:01
“Dənizlispor” Məlikovsuz sülh bağladı

Millimizin sabiq müdafiəçisi Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” Türkiyə PTT I liqasında VI turunda “Alanyaspor”un qonağı olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmada qalib müəyyənləşməyib.

 

Hər hissədə 1 dəfə fərqlənən komandalar meydanda sülh bağlayıb. Futbolçumuz “18-liy”ə daxil edilsə də, 90 dəqiqə ehtiyatda qalıb.

 

Qeyd edək ki, Railin komandası 8 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0