Hokkey ölkəsi millimizi qabaqladı
20.10.2014 - 09:05
 Hokkey ölkəsi millimizi qabaqladı

FİFA-nın oktyabrın 23-də açıqlayacağı milli komandaların növbəti reytinq cədvəli indidən bəllidi. Apasport.az saytının məlumatına görə, bu ay baş tutan görüşlər təxmini siyahıda böyük dəyişikliklərlə nəticələnib. Buna yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakterli olmasıdı.

 

Hesabat dövründə 2 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandamız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib.

 

Millimiz indi siyahıda 126-cı yerdədi. Lüksemburqla şərik olan komandamız hokkey ölkəsi olan Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.

 

Millimiz və “qonşuları”

121 (107). Niger – 258

122 (120). Kanada – 251

123 (126). Liberiya - 249

124 (121). Livan - 246

125 (114). Ekvatorial Qvineya - 238

126 (95). Azərbaycan - 233

126 (127). Lüksemburq - 233

128 (130). Burundi - 232

129 (134). Filippin - 229

130 (130). Qvineya-Bisau - 226

 

İlk “onluğ”un tərkibində də dəyişikliklər olub. Belə ki, Portuqaliya İsveçrəni 10 ən güclü arasından sıxışdırıb. İlk 3 komandanın mövqeyi isə dəyişməz qalıb.


İlk “onluq”

1 (1). Almaniya – 1669
2 (2). Argentina – 1565
3 (3). Kolumbiya – 1420
4 (5). Belçika – 1388
5 (4). Hollandiya - 1375
6 (6). Braziliya – 1307
7 (9). Fransa – 1191
8 (7). Uruqvay – 1184

9 (11). Portuqaliya - 1175
10 (8). İspaniya - 1119

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən 3-ü irəli, 3-ü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

11 (13). İtaliya – 1064
14 (19). Xorvatiya – 1002
59 (46). Bolqarıstan - 532
68 (76). Norveç - 481
126 (95). AZƏRBAYCAN – 233

156 (155). Malta – 129

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdi. “Ay-ulduzlular” 8 pillə geriləyib.

 

0