İkinci qələbə
20.10.2014 - 09:24
İkinci qələbə

 

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Xorvatiyada təlim-məşq toplanışı çərçivəsində 3-cü görüşdə qüvvəsini sınayıb.

 

Yığmamız yerli “Umaq Mladost” klubunun U-17 komandası ilə üz-üzə gəlib. Futbolçularımız bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Qolları Fərid Nəbiyev və Qara Qarayev vurub.

 

Qeyd edək ki, ikinci qələbəsini qazanan millimiz bunadək Xorvatiyanın “Noviqrad” komandasını 2:0 hesabı ilə məğlub edib, Sloveniya təmsilçisi “Koper”dən 3 cavabsız qol buraxmışdı.

0