[b]Hakimlərdən “penta-trik”[/b]
20.10.2014 - 10:50
[b]Hakimlərdən “penta-trik”[/b]

Topaz Premyer Liqasının VIII turu penaltilərin sayı ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, baş tutan 5 görüşdə referilər 5 dəfə 11 metrlik nöqtəni göstərib. Bu isə mövsümün rekordudu.

 

Əvvəlki 7 turda ümumilikdə 10 dəfə belə cəzadan istifadə olunmuşdu.

 

3 turda – I, III və VI turda penalti təyin olunmayıbsa, II və VII turlar 2, IV və V turlar 3 belə cəza ilə yadda qalmışdı. Bu dəfəki 5 11 metrlik cərimə zərbəsindən 3-ü “Xəzər Lənkəran” – “Bakı” görüşündə təyin olunub.

 

Ümumilikdə isə mövsüm ərzində 15 belə zərbədən 12-si qolla nəticələnib. “Qarabağ” hamıdan çox belə imkan qazanıbsa, “Bakı” daha çox cəzalanan komandadı.

 

Penalti zərbəsi qazananlar: “Qarabağ” – 4 penalti (1-i qeyri-dəqiq), “Xəzər Lənkəran” – 3 (1), AZAL – 2, “Qəbələ” – 2, “Sumqayıt” – 2, “Simurq” – 1, “Bakı” – 1 (1).

 

Penalti ilə cəzalananlar: “Bakı” – 3, “Qəbələ” – 3, “Araz-Naxçıvan” – 2,  “Xəzər Lənkəran” – 2 (1), AZAL – 2 (1), “Neftçi” – 1, “Simurq” – 1, “Qarabağ” – 1 (1).

 

0