Almanlar Berti Foqtsu “Ştutqart”a aparır
20.10.2014 - 12:12
Almanlar Berti Foqtsu “Ştutqart”a aparır

Millimizin sabiq baş məşqçisi Berti Foqts tezliklə özünə iş tapa bilər. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı “Ştutqart”da çalışmağa yaxındı.

 

Belə ki, “Ştutqart” sentyabrın 24-də Almaniya yığmasının sabiq üzvü Fredi Bobiçlə yollarını ayırdıqdan sonra klubda idman-direktoru postu boş qalıb. Klub prezidenti Bernd Valer açıqlamasında hələ yeni-idman direktorunun nə vaxt təyin olunacağının bilinmədiyini bildirib.

 

Bu posta isə 2 namizəd var. Bunlardan biri 1970-ci ildə 10 min metr məsafəyə kanoe üzrə Kopenhagen dünya çempionatında gümüş, bir il sonra Belqraddakı dünya birinciliyində bürünc medal qazanmış 44 yaşlı Yohen Şnayderdi. Digər namizəd isə Berti Foqtsdu. Foqts artıq “Kiker”ə açıqlamasında bu işdə maraqlı olduğunu bildirib.

 

Qeyd edək ki, Berti Foqts az əvvəl idman-direktoru, komanda meneceri və ya klubda məsləhətçi kimi işləməyə hazır olduğunu söyləmişdi.

   

0