“Neftçi”nin qalmaqallı matçının hakimi “Qarabağ”ın oyununda - FOTO
20.10.2014 - 16:10
“Neftçi”nin qalmaqallı matçının hakimi “Qarabağ”ın oyununda - FOTO

“Dnepr” – “Qarabağ” oyununun baş hakimi Libor Kovarjik bizə tanış olan hakimdi. Apasport.az saytının məlumatına görə, 38 yaşlı referi 2 il əvvəl “Neftçi”nin Avroliqanın qrup mərhələsindəki matçını idarə edib.

 

O, 2012-ci ilin sentyabrın 20-də “Neftçi”nin Avroliqanın qrupunda debüt etdiyi ilk turda “Partizan”la səfər görüşündə baş hakim olub.

 

Kovarjik Belqradda qolsuz başa çatan görüşdə hər 2 komandaya 3 sarı vərəqə göstərməsi ilə yadda qalmışdı. Çexiyalı referi futbolçular arasında davanın düşdüyü bu görüşdə “Neftçi”dən paraqvaylı yarımmüdafiəçi Erik Ramos (41), braziliyalı müdafiəçi Bruno Bertuççi (73) və serbiyalı qapıçı Saşa Stamenkoviçi (75) cəzalandırıb.

 

Kovarjik Ukrayna təmsilçilərinin də 1 oyununda idarəçilik edib. O, 2011-ci ildə Avroliqanın qrup mərhələsində “Vorskla”nın “Standard”la matçında baş hakim olub. Bu görüşdə Poltava təmsilçisi belçikalılara 1:3 hesabı ilə yenilib.   

0