Boksçumuz norveçli rəqibini üzdü - FOTO
20.10.2014 - 16:56
Boksçumuz norveçli rəqibini üzdü  - FOTO

Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 2 boksçumuz rinqə çıxıb.

 

60 kq çəki dərəcəsində çıxış edən Nurlan Nağıyev ilk görüşdə norveçli Rolf Edvin Olsen üzərinqə qələbə qazanıb -3:0. Boksçumuz 1/8 finalda şotlandiyalı Hay Levislə üz-üzə gələcək.

 

75 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev isə yarışa uğursuz başlayıb. Həmyerlimiz Ukrayna təmsilçisi Vlasislav Rolenkoya uduzaraq, Avropa birinciliyindən kənarda qalıb.

 

Qeyd edək ki, yarışa oktyabrın 25-də yekun vurulacaq. 

 

0