Bosniyalı baş məşqçi: Azərbaycan yığması yüksəlişdədi
20.10.2014 - 17:02
Bosniyalı baş məşqçi: Azərbaycan yığması yüksəlişdədi

“Biz təlim-məşq mərkəzinə yığışmışıq. Burda məşq etmək üçün əla şərait var. Komandada ab-hava yaxşıdır və yeniyetmə yığmamızın elit mərhələyə vəsiqə qazanması üçün motivasiyası var. Bu, bizə yaxşı nəticə qazanmağa kömək edəcək”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sakib Malkoçeviç deyib.

 

Malkoçeviç oktyabrın 23-də start götürəcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqiblərini qiymətləndirib. Onun sözlərinə görə, Mirbağır İsayevin yetirmələri yüksəlişdədir: “Biz qrupumuzun gücü haqqında bilirik. Meydan sahibi olan Belçika və İsveçrə yığma komandaları müntəzəm olaraq yaxşı məticələrə nail olur. Onların gənc futbolçuları böyük birinciliklərdə çıxış edir. Azərbaycan yığması da yüksəlişdədir. Biz rəqibləri nə dərəcədə qiymətləndirməyi bilirik. Rəqibdən asılı olmayaraq, elit mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

 

Qeyd edək ki, millimiz Bosniya və Herseqovina yığması ilə oktyabrın 28-də qarşılaşacaq. Görüş saat 22:00-da başlayacaq.

0