911 gündən sonra
20.10.2014 - 17:22
911 gündən sonra

Topaz Premyer Liqasının VIII turunda baş tutan “Xəzər Lənkəran” – “Bakı” qarşılaşmasında 3 penalti təyin olunub. Apasport.az saytının məlumatına görə, sonuncu belə hadisə 2011/12 mövsümündə qeydə alınmışdı.

 

2012-ci il aprelin 21-də Bakıda keçirilən “Rəvan” – “Turan” matçında meydan sahibləri 2, qonaqlar 1 dəfə 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanmışdı. 911 gün əvvəl yaşanan hadisə zamanı Anar Salmanovun təyin etdiyi hər 3 zərbə qolla nəticələnmişdi. 4 qolun vurulduğu matçda isə heç-heçə qeydə alınmışdı – 2:2.

 

Bu dəfə də 4 qolun vurulduğu qarşılaşmada lənkəranlılar qalib gəb – 4:0. Əliyar Ağayev 1 dəfə meydan sahibləri, 2 dəfə qonaqları cəzalandırıb. Lakin sonuncular imkandan yararlana bilməyib.

 

 

0