Yığmamızın hücumçusu Polşada üzüldü
21.10.2014 - 08:13
Yığmamızın hücumçusu Polşada üzüldü

Qadın voleybolçular arasında Polşa Orlen Liqasında III turun qarşılaşmaları başa çatıb. Apasport.az saytının məlumatına görə, turun sonuncu oyun günündə Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Atom” “Rabitə”nin Çempionlar Liqasındakı rəqibi “Ximik”lə üz-üzə gəlib.

 

Görüş də məhz qitənin ən nüfuzlu klub turnirinin iştirakçısının qələbəsi ilə başa çatıb. Sopot təmsilçisi evdə son çempiona 2:3 (25:20; 25:17; 20:25; 25:27; 11:15) hesabı ilə uduzaraq, liderliyi də təhvil verib.

 

Ağayeva əvəzetmələrlə 3 və 4-cü setlərdə meydanda olub və cəmi 1 xal toplayıb.

 

III turdan sonra aktivində 7 xalı olan “Atom” lider “Tauron”dan 2 xal geri qalır. Azərbaycan çempionunun rəqibi “Ximik” isə 5 xalla 6-cıdır. 

0