“Qarabağ” və “Neftçi”nin gözlədiyi “birincilər”
21.10.2014 - 10:00
“Qarabağ” və “Neftçi”nin gözlədiyi “birincilər”

Azərbaycan kubokunda yeni mövsüm start götürür. Apasport.az saytının məlumatına görə, yarış iştirakçılarının sayı az olduğundan 1/16 finalda cəmi 4 komanda mübarizə aparacaq.

 

Bir oyundan ibarət mərhələ elə sabahkı iki görüşdən ibarət olacaq. Bakıda baş tutacaq oyunlar eyni vaxtda başlayacaq. I divizionda çıxış edən paytaxt təmsilçilərinin matçları Azərbaycanın iki böyük klubu – “Qarabağ”la “Neftçi”nin rəqibinin adına aydınlıq gətirəcək.

 

“Birincilər” arasında iddialılardan hesab edilməyən MOİK və “Lokomotiv” arasında görüşün qalibi 1/8 finalda “Qarabağ”la qarşılaşmaq imkanı əldə edəcək. 1/16 finalın ən təcrübəlisi sayılan MOİK və kubokda qələbə nə olduğunu bilməyən “dəmiryolçular” çempionatda turnir cədvəlinin ikinci yarısında qərarlaşıb. Bu da onların kubok iddialarının da 1/8 finaldan artıq olmadığını göstərir.

 

Digər cütün komandaları isə Premyer Liqa iddiasında olan aşağı dəstə klublarıdı. Kubokun debütantı olan “Zirə” ilk cəhddən mərhələ adlamaq arzusundadı. “Qaradağ Lökbatan” isə böyük “qardaş”ı sayılan “Neftçi” ilə üz-üzə gəlmək, özünü göstərmək üçün debütant səddini aşmalıdı.

 

Azərbaycan kuboku

1/16 final mərhələsi
22 oktyabr (çərşənbə)


14:00. MOİK – “Lokomotiv”
“Bakı”nın təlim-məşq bazasının stadionu


14:00. “Qaradağ Lökbatan” – “Zirə”
“Dalğa Arena”

 

0