[b]“Dnepr” rəsmisi: Qrupdan çıxmaq asan olmayacaq[/b]
21.10.2014 - 10:59
[b]“Dnepr” rəsmisi: Qrupdan çıxmaq asan olmayacaq[/b]

“Biz həm Avroliqa, həm də Ukrayna Premyer Liqasında eyni oyunu göstərməyə qadir komandayıq. Fiziki və psixoloji vəziyyətimiz buna imkan verir”. Apasport.az xəbər verir ki, bu sözləri “Dnepr” klubunun icraçı-direktoru Andrey Rusol deyib.


Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın 23-də “Qarabağ”la üz-üzə gələcək Dnepropetrovsk təmsilçisinin rəsmisi “Qarabağ”a qalib gəlmək istədiklərini bildirib: “Əgər peşəkar olduğumuzu deyiriksə, Avroliqanı çempionatdan aşağı tutmamalıyıq. Bu turnir də komandamız üçün önəmlidi. Qarşıda bizi “Qarabağ”la oyun gözləyir. İnanıram ki, daxili çempionatda qazandığımız qələbələr seriyasını Avroliqada da davam etdirəcəyik. Biz qrupda çıxmaq istəyirik. Amma heç də asan olmayacaq”.


Qeyd edək ki, “Dnepr” – “Qarabağ” matçı oktyabrın 23-də saat 00:05-də Kiyevdə baş tutacaq.

 

 

 

0