Makarov Azərbaycan toplanışından razıdı - FOTO
21.10.2014 - 11:31
Makarov Azərbaycan toplanışından razıdı - FOTO

“Azəryol”la ilk yoxlama matçı artıq arxada qalıb. Ev sahibləri ilə Bakıdakı görüşdə demək olar yeni heyətlə mübarizə aparırdıq”. Apasport.az saytının məlumatına görə, bunu Krasnodarın “Dinamo” voleybol klubunun baş meneceri Andrey Makarov deyib.

 

Hazırda “Azəryol”la təlim-məşq toplanışı keçən Rusiya komandasının rəsmisi Bakı hazırlıqlarının onlara böyük fayda verəcəyi qənaətindədi. O bildirib ki, paytaxtımızda hər şey yüksək səviyyədədi və bu da Rusiya Super Liqasının startı öncəsi vacib amildi: “Azəryol”la ilk qarşılaşma ərzində komandamızın məşqçilər korpusu heyətdə çoxsaylı dəyişikliklər edir, müxtəlif taktiki sxemləri sınaqdan keçirirdi. Klub üzvləri braziliyalı legionerlərimiz Fernanda Qaray və Jozefa Fabiola ilə faktiki olaraq oyun öncəsi, səhər məşqində tanış oldu. Nəhayət, biz bütün komanda ilə toplanışdayıq. Heyətimiz bir araya gəldikdən sonra Rusiya çempionatının startına hazırlıqları davam etdiririk. Bu gün isə bizi “Azəryol”la ikinci sınaq gözləyir”.

 

Qeyd edək ki, “Dinamo” “Azəryol”la ilk sınaq matçında 2:2 hesablı “sülh” bağlayıb. Onlar sabah Rusiya çempionatının ilk turunda “Dinamo” ilə oyunu üçün Kazana da məhz Bakıdan yollanacaqlar.

0