[b]AFFA-dan “Bakı”ya ağır cəza[/b]
21.10.2014 - 12:45
[b]AFFA-dan “Bakı”ya ağır cəza[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VIII turunun qarşılaşmalarında baş verənlər müzakirə olunub, müvafiq qərarlar çıxarılıb.

 

“Sumqayıt” – “Neftçi” matçında qonaqlar, “Qarabağ” – “Qəbələ” matçında hər iki komanda, “Araz Naxçıvan” – AZAL görüşündə meydan sahibləri sarı vərəqə limitini aşdığı üçün hərəyə 1000 manat cərimələnib. Bu 4 komandadan 3-ü 4, “Qəbələ” isə 5 xəbərdarlıq alıb.

 

“Xəzər Lənkəran”la görüşdə 5 oyunçusu sarı vərəqə alan “Bakı”nın da cəzası eyni olub. Lakin paytaxtın eyniadlı təmsilçisinin cəzası bununla kifayətlənməyib. 

 

Matçın 69-cu meydandan qovulan Elşad Manafov komandasını 200 manat ziyana salıb. Onun özü isə 1 oyunluq cəzaya məruz qalıb. “Zolaqlılar”ın daha iki üzvü - məşqçi Zekir Muarrem və inzibatçı Vüqar Əliyev də cəzalanıb. Onlar hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb, “Bakı” isə 10000 manat cərimə olunub.

 

0