4 boksçumuz mübarizəni dayandırdı
21.10.2014 - 17:35
4 boksçumuz mübarizəni dayandırdı

Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyini davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvləri hələ ki yarışda uğursuz çıxış edirlər.

 

Turnirin ikinci günündə İsmayıl Hüseynov (64 kq) rumıniyalı Klaudio Dobondiyə uduzub. Təəssüf ki, Avropa birinciliyinin üçüncü günündə də rinqə çıxan boksçular etimadı doğrultmayıblar.

 

91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev Xorvatiya nümayəndəsi Fililpi Toniyə uduzub. İlk görüşdə qələbə qazanmış Nurlan Nağıyev də (60 kq) mübarizəni dayandırıb. Həmyerlimiz növbəti qarşılaşmada Şotlandiya təmsilçisi Levis Haya məğlub olub – 0:3. Orxan Əliyev də (81 kq) turnirlə erkən vidalaşıb. Boksçumuz albaniyalı Ulededaj Jurgenə uduzub – 0:3.   

0