Rəqibimizin qapıçısı klubu ilə “nigah”ı təzələdi
21.10.2014 - 21:18
Rəqibimizin qapıçısı klubu ilə “nigah”ı təzələdi

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi İtaliya yığmasının qapıçısı Canluici Buffon “Yuventus”la müqaviləsinin müddətini uzadıb. Apapsort.az saytının məlumatına görə, 39 yaşlı qolkiper daha 3 il də Turin klubunun şərəfini qoruyacaq.

 

İtaliya A seriyasının cari mövsümündə 9 oyunda meydana çıxan Buffonun müqaviləsinin müddəti 2015-ci ildə başa çataqcaq. Lakin “Yuventus” rəhbərliyi onu buraxmaq istəmədiyindən, qapıçı ilə 2017-ci ilə qədər “nigahı” təzələyib.

 

Tərəflər arasında rəsmi imzalanma mərasimi yaxın günlərdə baş tutacaq.

 

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində millimiz oktyabrın 10-da, səfərdə İtaliya ilə qarşılaşıb. 1:2 hesabı ilə uduzduğumuz görüşdə rəqibimizin qapısını Buffon qoruyub. 

0