La Liqada növbəti baş məşqçi istefası
21.10.2014 - 22:22
La Liqada növbəti baş məşqçi istefası

İspaniya La Liqasında növbəti məşqçi istefası reallaşıb. Apapsort.az saytının məlumatına görə, bu, “Levante”nin baş məşqçisi Xose Luis Mendelibardır.

 

Təcrübəli çalışdırıcı klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Buna səbəb isə “Levante”nin cari mövsümdə uğursuz çıxışı olub.

 

İspaniya təmsilçisinin isə Lukas Alkazara tapşırılacağı gözlənilir.

 

Qeyd edək ki, bu, cari mövsümdə La Liqada 2-ci baş məşqçi dəyikliyidir.

 

Belə ki, dünən “Kordoba”nın çalışdırıcısı Albert Ferrer komandadan ayrılıb. Onun yerinə isə Miroslav Djukiç gətirilib.

0